AZ

Yəmən Qırmızı dənizdə "böyük sürprizlər" hazırladığını bildirib

Yəmən Silahlı Qüvvələrinin yüksək rütbəli komandiri Abid əl-Təvr ölkənin müharibənin növbəti mərhələsi üçün planlarını, o cümlədən genişlənmə ehtimalını açıqladı.

Ölkə.Az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat verib.

"Biz "kozır"ımızdan istifadə edəcəyik - Bab əl-Məndəb boğazını Amerika və İsrail gəmiləri üçün bağlayacağıq, eləcə də İsrail və ABŞ-ın dəniz və hava blokadasını tətbiq edəcəyik", - deyə o bildirib.

Əl-Təvr ABŞ-a xəbərdarlıq edib ki, əgər Yəmənin İran İslam Respublikasına və "Müqavimət Oxu"na dəstək əməliyyatlarına hərbi cavab verərsə, Yəmən silahlı qüvvələri bütün mövcud variantlardan istifadə edəcəklər.

O qeyd edib ki, "müharibənin dayandırılması və sülhün bərpa edilməsinin vacibliyini vurğulamaq" İsrail və ABŞ ilə müharibənin əsas məqsədlərindən biridir və əlavə edib: "Yəmən silahlı qüvvələri Qırmızı dənizin İran və Hizbullaha qarşı hərbi əməliyyatlar üçün bazaya çevrilməsinə icazə verməyəcəklər".

Əl-Təvr Yəmənin müharibənin bu mərhələsində yeni silahlardan istifadə edəcəyini bildirib: "Əgər İsrail təslim olmasa və beynəlxalq ictimaiyyət Fələstin, Livan və İran xalqına qarşı cinayətlərin qarşısını almaq öhdəliklərini yerinə yetirməsə, növbəti mərhələ üçün bir neçə variantımız var".

O xəbərdarlıq edib ki, Amerika və ya İsrail gəmilərinə yardım göstərən hər hansı bir ölkə iştirakçı hesab ediləcək və Yəmən əməliyyatlarının hədəfinə çevriləcək: "Müharibəyə girməyimiz İranı dəstəkləməkdir, çünki bu ölkə son illərdə ABŞ və onun müttəfiqlərinə qarşı müharibədə Yəməni dəstəkləyib və bu, İranın və onun xalqının yaxşı əməllərinə cavabımızdır

Növbəti bir neçə saat böyük sürprizlər gətirəcək. Yəmən silahlı qüvvələri İsrailin gözləmədiyi xüsusi hərbi əməliyyatlar aparmaq, həm ballistik, həm də kruiz raketlərindən istifadə etmək iqtidarındadır və onların effektivliyi artırılıb. Bu tip silahlar əvvəllər Amerika qüvvələrini bölgədən geri çəkilməyə məcbur edib

Sahil ölkələrimizdəki ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verməyəcəyik. Buna görə də İranı qorumaq və düşmən silahlarını zərərsizləşdirmək üçün lazım olan hər hansı bir hərbi tədbir görəcəyik. Hər şey döyüş meydanında aydın olacaq".

Seçilən
19
1
olke.az

2Mənbələr