AZ

Benzin bahalaşdı, gediş haqqı pulsuz oldu KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Avstraliyada yanacaq böhranı fonunda diqqətçəkən qərar qəbul edilib.

KONKRET.az xəbər verir ki, bəzi ştatlar əhalinin artan xərclərini azaltmaq üçün ictimai nəqliyyatda ödənişi müvəqqəti olaraq ləğv edib.

Məlumata görə, Viktoriya ştatında aprel ayı ərzində bütün ictimai nəqliyyat vasitələri – avtobus, qatar və tramvaylar pulsuz olacaq. Eyni addımı Tasmaniya da atıb və burada bu güzəşt martın sonundan iyunun sonuna qədər qüvvədə qalacaq.

Bununla yanaşı, ölkənin digər böyük ştatları – Yeni Cənubi Uels, Kvinslend, Cənubi və Qərbi Avstraliya bu təşəbbüsə qoşulmayıb. Rəsmilər bildirir ki, böhranın uzun çəkəcəyi gözlənilir və pulsuz nəqliyyat qərarı büdcəyə ciddi yük yarada bilər.

Alternativ olaraq, bəzi ştatlar daha ucuz tariflər, sosial güzəştlər və yanacaq qiymətlərinin tənzimlənməsi kimi tədbirlərə üstünlük verir.\\Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
8
konkret.az

10Mənbələr