
İraqın Kərkük bölgəsindən Türkiyəyə neft ixracı yenidən bərpa edilib. Bu barədə Al Jazeera məlumat yayıb.
Məlumata görə, SOMO rəhbəri bildirib ki, Kərkük yataqlarından hasil olunan neftin ixracı İraq–Türkiyə boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına, həmçinin quru marşrutları ilə həyata keçirilir.
Şirkət həmçinin qeyd edib ki, neftin cənub sərhəd keçidlərindən daşınması üçün yerli və beynəlxalq gəmiçilik şirkətlərindən daxil olan təkliflər də hazırda nəzərdən keçirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta