Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində qeydə alınan qəzada 4 avtomobil toqquşub.
Belə ki, Hərəkətdə olan “Chevrolet Cruze”, “Mercedes”, “Toyota Corolla” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı iki nəfər nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.




qafqazinfo