AZ

İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək

style='margin-bottom:10px;'>

İran İdman Nazirliyi milli komandalar və klublar üçün yeni qərar qəbul edib.

QOL.az xəbər verir ki, IRNA-nın məlumatına görə, nazirlik “düşmən” hesab edilən ölkələrə səfərləri qeyri-müəyyən müddətə qadağan edib.

Bəyanatda idmançıların təhlükəsizliyinin təmin olunmadığı ölkələrə gediş-gəlişin növbəti bildirişə qədər dayandırıldığı qeyd olunub.

Qərar Asiya Çempionlar Liqasında “Traktor” və “Şabab Əl-Əhli” arasında keçiriləcək oyundan öncə verilib.

Qeyd edək ki, İran Futbol Federasiyasının DÇ-2026 oyunlarının ABŞ əvəzinə Meksikada keçirilməsi üçün FİFA ilə danışıqlar apardığı bildirilir.

Seçilən
36
1
teleqraf.com

2Mənbələr