İraqın Kərkük şəhərindən Türkiyəyə neft ixracı bərpa olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
İraqın dövlət neft şirkəti SOMO-nun rəhbəri Kərkük yataqlarından neft ixracının İraq-Türkiyə boru kəməri vasitəsilə Ceyhana bərpa olunduğunu açıqlayıb.
Əlavə edilib ki, SOMO cənub sərhəd keçid məntəqələrindən neftin daşınması üçün yerli və beynəlxalq gəmiçilik şirkətlərinin təkliflərini nəzərdən keçirir.
Zeynəb Rzayeva