AZ

ABŞ-ın İranın cənub adalarını ələ keçirməyi illərdir planlaşdırdığı ortaya çıxdı - İran iqtisadiyyatı iflic olacaq…



ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş rəhbəri Makkenzi ABŞ-ın illərdir İrana qarşı mümkün quru əməliyyatı planının olduğunu etiraf edib. ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə ilə bağlı CBS News-a açıqlamalar verən Makkenzi bildirib ki, cənub adalarının ələ keçirilməsi İran iqtisadiyyatını iflic edəcək.

Müsahibənin ABŞ-ın quru əməliyyatına hazırlaşdığı barədə məlumatlarla bağlı sualına cavab olaraq Makkenzi deyib: "İllərdir İranın cənub sahili boyunca adaları və kiçik bazaları ələ keçirmək üçün variantları nəzərdən keçiririk. Adətən basqınları. Basqın geri çəkilmə planı olan bir əməliyyatdır. Orada qala bilməzsiniz, amma bəzi adaları ələ keçirib saxlaya bilərsiniz".

Makkenzi iddia edib ki, müəyyən əraziləri bu şəkildə ələ keçirməyin İranı "alçaldacağı" və ABŞ-a danışıqlarda əhəmiyyətli təsir göstərəcək: "Xark adasını ələ keçirsəniz, İranın neft iqtisadiyyatını tamamilə dayandıra bilərsiniz. Ələ keçirməyin gözəlliyi ondadır ki, onu məhv etmirsiniz".

Makkenzi ABŞ-ın İranda "yerüstü əməliyyat olmadan" davmüəyyən səviyyədə uğur qazana biləcəyini iddia edərək, Hörmüz boğazının açılmasının və İranın ballistik raket və nüvə proqramları ilə bağlı bir növ razılaşmanın əldə edilməsinin uğur hesab ediləcəyini vurğulayıb.

Bu məqsədlərə çata biləcəklərinə inandığını deyən Makkenzi əlavə edib ki, İran nəticədə güc tətbiqinə cavab verəcək.

"Washington Post" qəzeti məsələ ilə tanış olan adı açıqlanmayan mənbələrə istinadən ABŞ Müharibə Nazirliyinin (Pentaqon) İranda həftələrlə davam edə biləcək yerüstü əməliyyata hazırlaşdığını iddia edib.

Tahir TAĞIYEV

Seçilən
16
baki-xeber.com

1Mənbələr