AZ

Ukrayna və Bolqarıstan 10 il müddətinə təhlükəsizlik sazişi imzalayıb

Ukrayna və Bolqarıstan 10 il müddətinə təhlükəsizlik sazişi imzalayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstanın Baş naziri Andrey Qyurovla görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Biz ölkələrimiz arasında azı 10 il müddətinə təhlükəsizlik sazişi imzaladıq. Əsas müddəalar arasında Bolqarıstanın Ukraynaya hərbi dəstəyini davam etdirməsi yer alır. Ölkəmizin ərazisində müxtəlif növ silahların, o cümlədən dronların birgə istehsalı mühüm elementdir. Bolqarıstan bu cür birgə istehsal üçün SAFE alətindən istifadə edəcək. Bu, bizim üçün hava hücumundan müdafiə strategiyamızı gücləndirmək imkanıdır", - paylaşımda qeyd olunub.

Seçilən
18
2
far.az

3Mənbələr