AZ

Zelenski: Ukrayna ildə 10 milyard kubmetr qaz ala biləcək

Ukrayna Prezidenti Volodimir Zelenski Şaquli Qaz Dəhlizinin reallaşdırılması çərçivəsində texniki işlərin ilin sonunadək başa çatacağına ümid etdiyini bildirib.

"Far.Az" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə Bolqarıstanın Baş naziri Andrey Qyurovla birgə mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna fəal enerji dəhlizinin təmin edilməsi üzərində fəal şəkildə işləyir:

"Ümid edirik ki, ilin sonunadək bu dəhliz texniki cəhətdən qurulacaq, bu gün bu bizim üçün çox vacibdir, ən azı, bu, Avropadan tədarükdə fasilələr yaranacağı təqdirdə alternativ ola bilər. Bu dəhliz sayəsində Ukrayna hər il təxminən 10 milyard kubmetr qaz ala biləcək".

O həmçinin Ukraynanın gələcəkdə Avropa İttifaqına daxil olmasına verdiyi dəstəyə görə Bolqarıstana təşəkkür edib.

Daha əvvəl Zelenski bildirib ki, Ukrayna və Bolqarıstan 10 il müddətinə təhlükəsizlik haqqında saziş imzalayıblar.

Seçilən
18
3
far.az

4Mənbələr