AZ

Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“ABŞ-İsrail və İran arasında müharibənin bitməsi ilə bağlı hər hansı bir qərar İran xalqının təhlükəsizliyi və maraqlarına cavab verməlidir”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu sözləri İran prezidenti Məsud Pezeşkian hökumətin iclasında deyib.

O bildirib ki, İran xalqının təhlükəsizliyi və maraqları təmin olunmazsa, müharibəni dayandırmayacaqlar: “Müharibədə ordumuzun göstərdiyi müqavimət və İran xalqının nümayiş etdirdiyi milli birlik ölkənin hazırkı kritik vəziyyətinin öhdəsindən gəlməkdə ən dəyərli və mühim əhəmiyyət kəsib edir. Xalqımıza mətanəti, müxtəlif şəhərlərdə, xüsusən də demək olar hər gün axşamlar hökumətə dəstək nümayişləri düşmənlərimizə dərsdir. Hər kəs bilməlidir ki, müharibə kiminsə istəyi ilə deyil, xalqımızın təhlükəsizliyi və milli maraqları təmin olunmadan, bunlara təminat verilmdən dayanmayacaq”.

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
mia.az

1Mənbələr