AZ

31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir

31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir.

Publika.az xatırladır ki, Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə yazılıb.

Ermənilərin soyqırıma hazırlığı

Erməni daşnak–rus bolşevik qüvvələrinin Azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi. Daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdılar. Bu faktı erməni müəlliflərinin özləri də etiraf edib.

Azərbaycanlıların qətliamı

Seçilən
26
publika.az

1Mənbələr