Ukrayna Prezidenti Volodimir Zelenskinin aylıq maaşı 28 min qrivnadır (təxminən 1084 manat).
"Unikal" xəbər verir ki, bu barədə Dövlət başçısının rəsmi saytında aktiv bəyannaməsində açıqlanan məlumatda bildirilib.
Zelenskinin 2025-ci il üçün gəlirinin prezidentlik maaşından, bank faizlərindən və daşınmaz əmlak kirayəsindən ibarət olduğu bildirilir. Onun ümumi gəliri təxminən 7 milyon qrivnaya (təxminən 1 milyon 356 min manat) çatıb.
Ukrayna liderinin aktiv strukturunda kiçik dəyişikliklər olub: bəyannamədə 595.000 dollar nağd pul, İsveçrə bank hesabına yatırılan 342.631 avro və digər bank hesablarında olan qrivna, dollar və avro vəsaitləri də göstərilir.
2024-cü ildə Zelenski və ailəsi 15 milyon qrivnadan çox bəyan ediblər. 2022-ci ildə bu rəqəm 3,7 milyon qrivna (98.000 dollardan çox) olub. 2021-ci ilin sonuna qədər Zelenskinin gəliri 11 milyon qrivnaya (cari məzənnə ilə 290 min dollardan çox) yaxınlaşırdı.