AZ

Mikroplastik axtarışında GÖZLƏNİLMƏZ SƏHV: Alimlər özlərini İFŞA ETDİLƏR

Alimlər illərlə mikroplastik axtararkən səbəbin öz əlcəkləri olduğunu aşkar ediblər.

İnterpress.az xəbər verir ki, bu, elmi araşdırmaların nəticəsində məlumat olub.

İllərdir su, hava, qida və hətta insan orqanizminin daxilində tapılan mikroplastik hissəcikləri ilə bağlı sensasiyalı bir həqiqət üzə çıxıb.

Məlum olub ki, tədqiqatçılar əslində ətraf mühitdəki çirklənməni deyil, öz əlcəklərindən qopan stearatları qeydə alırmışlar.

Alimlərin laboratoriya şəraitində əlcəklə toxunduqları nümunələrdə qalan izlər quruluşuna görə mikroplastikə çox bənzəyir. Bu da uzun müddət laboratoriyalarda aparılan tədqiqatların nəticələrinin yanlış olmasına və təbii çirklənmə kimi təqdim edilməsinə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
65
interpress.az

1Mənbələr