Ajans.az xəbər verir ki, bu barərə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "SEPAH Hərbi Dəniz Qüvvələri kəşfiyyat və əməliyyat tədbirləri nəticəsində ABŞ ilə İsrailin komandirlərinin toplandığı 4 obyekti məhv edib", - məlumatda bildirilib və əlavə edilib ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən Minhad bazasından kənarda yaradılan komandanlıq mərkəzi atəşə tutulub:
"Həmin mərkəzdə 200-dən çox amerikalı komandir və orta rütbəli zabit olub".