AZ

Ayda 43 dollara ev tapdı – Ünvanı hamını təəccübləndirdi

Çində gənc bir qadın kirayə xərclərindən qurtulmaq üçün qeyri-adi yol seçib.

Musavat.com xəbər verir ki, 22 yaşlı Çjan Tsin Suçjou şəhərində yerləşən qocalar evinə köçərək cəmi 43 dollar qarşılığında yaşayış imkanı əldə edib.

Məlumata görə, o, 20 kvadratmetrlik otaqda qalır və bu qiymət şəhərdə analoji mənzillərin kirayəsindən təxminən 10 dəfə ucuzdur.

Bu imkan qarşılığında Çjan rübdə 45 saat olmaqla müəssisədə könüllü fəaliyyət göstərir. O, yaşlı insanlarla ünsiyyət qurur, onların asudə vaxtını təşkil edir və gündəlik işlərində kömək edir.

Gənc qadın bu işi yüksək texnologiyalar zonasında yerləşən dövlət müəssisəsindəki əsas işi ilə paralel aparır. Onun sözlərinə görə, yaşlılarla ünsiyyət ona həm mənəvi rahatlıq verir, həm də tənhalıq hissindən uzaqlaşdırır.

Qocalar evi rəhbərliyi proqram iştirakçılarını ciddi seçimdən keçirir. Şərtlərə əsasən, iştirakçılar 35 yaşdan aşağı olmalı və şəxsi mənzilə sahib olmamalıdır.

 

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr