BAKI, 31 mart. TELEQRAF
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, ABŞ İrana qarşı quru əməliyyatına başlasa və hərbçilərini Xark adasına göndərsə, onların geri qayıtması ilə bağlı qərarı Tehran verəcək.
Teleqraf xəbər verir ki, bu barədə o, Qətərin “Al Jazeera” telekanalına açıqlamasında danışıb.
Arifin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp öz qoşunlarını Xark adasına göndərmək barədə qərar verə bilər. Lakin belə bir halda onların geri dönməsi məsələsi artıq Vaşinqtonun deyil, İran tərəfinin qərarından asılı olacaq.