AZ

Bu futbolçular yayda "Real"a qoşulacaqlar

Bu yay "Real Madrid"ə qoşulacaq futbolçuların adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Cadena Ser" yayıb. 

Məlumata görə, onlardan biri qışda "Olimpik Lion"a icarəyə göndərilən 19 yaşlı hücumçu Endrikdir. Mənbə İspaniya nəhənginin Liqa 1-də ümudləri doğruldan gənc forvardın komandaya qayıtmasını vacib saydığını vurğulayıb. Eləcə də "Komo"yo satılan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Niko Pasın və "Osasuna"da olan 22 yaşlı hücumçu Viktor Munyosun da geri alınacağı bildirilib. Pasla Munyosun müqavilələrindəki xüsusi bəndə əsasən "kral klubu" istədiyi vaxt müəyyən məbləğ ödəyərək onları transfer etmək hüququna malikdir.

Xatırladaq ki, "Real" La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Madrid təmsilçisi əzəli rəqibi "Barselona"dan 4 xal geri qalır.

Toğrul

Seçilən
17
2
fanat.az

3Mənbələr