AZ

Dubay limanında Küveyt tankerinə hücum edilib

BAKI, 31 mart. TELEQRAF

Dubay limanında İran tərəfindən Küveytə məxsus neft tankeri hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Küveyt Neft Korporasiyasına istinadla məlumat yayıb.

Hücum nəticəsində yanğın baş verib, maddi ziyan dəyib və neft sızması ehtimalı var.

Əvvəl Britaniya Hərbi Dəniz Qüvvələrinin Ticarət Dəniz Operasiyaları İdarəsi bildirirdi ki, Dubay yaxınlığında tankerin partlayıcı zərbə alması nəticəsində yanğın baş verib. Tankerin heyəti xəsarət almayıb.

Seçilən
31
50
teleqraf.com

10Mənbələr