AZ

Pit Heqsetlə bağlı SENSASİON İDDİA - Müharibədən öz xeyrinə istifadə edib

ABŞ müdafiə nazri Pit Heqsetin Morgan Stanley-dəki brokeri fevral ayında əsas hərbi-sənaye kompleksi şirkətlərinə çoxmilyon dollarlıq investisiya qoymaq ehtimalı ilə bağlı Amerika investisiya şirkəti BlackRock ilə əlaqə saxlayıb.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, investisiya 3,2 milyard dollar dəyərində birja ticarət fondu olan və Lockheed Martin, RTX və Northrop Grumman da daxil olmaqla Pentaqonun əsas podratçılarını əhatə edən Defense Industrials Active ETF-ə aid idi.

BlackRock-un veb saytına görə, bu fond "geosiyasi parçalanma və iqtisadi rəqabət şəraitində artan müdafiə və təhlükəsizlik xərclərindən faydalana biləcək şirkətlərə investisiyalar vasitəsilə böyümə imkanları" təmin edir.

Qəzet vurğulayır ki, Heqset Defense Industrials Active ETF-ə investisiya qoymayıb, çünki fond o vaxt Morgan Stanley müştəriləri üçün əlçatan deyildi. FT qeyd edir ki, Pentaqon rəhbərinin brokerinin alternativ investisiya tapa bilib-bilmədiyi hazırda məlum deyil.

Müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X-də  yaydığı açıqlamada Financial Times-ın yaydığı xəbəri yalan və böhtan adlandırıb: "Bu iddialar uydurma və tamamilə yalandır. Nə nazir Heqset, nə də onun nümayəndələri heç bir investisiya ilə bağlı BlackRock ilə əlaqə saxlamağa cəhd etməyiblər. Bu, insanları çaşdırmaq üçün hazırlanmış daha bir əsassız və utanmaz böhtandır".

Köməkçi qəzetdən dərhal təkzib verilməsini tələb edib.

Musavat.com

 

 

Seçilən
44
musavat.com

1Mənbələr