Yaxın Şərqdə gərginliyin artması fonunda İranın BƏƏ-yə qarşı həyata keçirdiyi genişmiqyaslı hücumlar dünya bazarlarında ciddi təlatümə səbəb olub.
Bizim.Media xəbər verir ki, Küveytə məxsus neft tankerinə edilən hücum xəbərindən sonra ABŞ-da xam neftin qiyməti 3 dollardan çox bahalaşıb.
"Kuwait Petroleum Corporation" şirkətinin yaydığı məlumata görə, İran qüvvələri Dubay limanında Küveyt tankerini hədəf alıb.
Böyük Britaniyanın dəniz ticarət əməliyyatları idarəsi (UKMTO) zərbə nəticəsində Dubay sahillərində gəmidə yanğının başladığını təsdiqləyib. İlkin məlumatlara görə, heyət üzvləri arasında xəsarət alan olmayıb.
"Haqqin.az"ın Dubaydakı mənbələrinin verdiyi məlumata görə, söhbət Küveyt bayrağı altında üzən, 2 milyon barelə qədər neft daşıma qabiliyyətinə malik "AL Salmi" adlı nəhəng VLCC tankerindən gedir.
Bizim.Media