AZ

ABŞ İranın İsfahan şəhərindəki sursat anbarına zərbə endirib

ABŞ İranın İsfahan şəhərindəki sursat anbarına zərbə endirib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, zərbə gecə saatlarında çoxlu sayda 900 kiloqramlıq bombalardan istifadə etməklə həyata keçirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrailə raketlər atıb. İran qüvvələri həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq, regiondakı bir neçə ölkə hava məkanını müvəqqəti olaraq bağlayıb.

Seçilən
41
far.az

1Mənbələr