Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 681,4 kq gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 95,2 kq və ya 12,3% azalıb.
2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 776,6 kq təşkil edib.
1 mart 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 522,7 kq təşkil edib ki, bu da illik müqayisədə 146,2 kq və ya 21,8% azdır.
Ötən ilin eyni dövründə hazır ehtiyat 668,9 kq olub.