AZ

Palm Beach hava limanına Donald Trampın adı verilir

Florida qubernatoru Ron DeSantis Palm Beach Beynəlxalq Hava Limanının adının Prezident Donald Trampın şərəfinə dəyişdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CBS telekanalının yerli bölməsi yayıb.

Məlumata əsasən, hava limanının yeni adı “Prezident Donald J. Tramp Beynəlxalq Hava Limanı” olacaq və dəyişiklik 1 iyuldan qüvvəyə minəcək.

Bildirilir ki, qərarın tam tətbiqi üçün həmçinin Federal Aviasiya Administrasiyasının (FAA) təsdiqi və adın kommersiya istifadəsi ilə bağlı müvafiq razılaşmalar tələb olunur.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr