AZ

16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... 5 yaşayış massivinə gediş gəliç qapadıldı (VİDEO)

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

2018-ci ilin avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən açılış edilmiş və 16.7 milyon manata çəkilmiş Dəmirçi-Lahıc avtomobil yolu bərbad günə düşüb.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, 9 nömrəi Yol-İstismari MMC-nin xidməti sahəsinə daxil olan yol artıq hərəkətə tamamilə qapadılıb.

Məlumata görə, bir neçə gün əvvəl yağan qar və aramsız yağışdan sonra yolun bir hissə çöküb: "Yolun 40 metrlik hissəsi tamamilə sürüşüb və bu səbəbdən hərəkətə qadağa qoyulub".

Məlumat üçün qeyd edək ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən bu yolun uzunluğu 22 kilometrdir. Prezidentin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun 1 və İsmayıllı rayonunun 4 yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə müvafiq olaraq prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. və 2018-ci ildə yolun rəsmi açılışı olub.

Firudun Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
mia.az

1Mənbələr