AZ

İnfantinodan İran açıqlaması: B, C və ya D planları yoxdur

Canni İnfantino İran millisinin 2026-cı il futbol üzrə dünya çempionatında iştirakı ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, funksioner bu komandanın bütün oyunlarını Amerika Birləşmiş Ştatları ərazisində keçirməli olduğu üçün vəziyyətin həssas olduğunu anladığını bildirib. Bununla belə, o, təşkilatçıların iranlı futbolçuların turnirdə rahat iştirak etməsi üçün hər şeyi edəcəyinə zəmanət verib:

"Biz reallıqda yaşayırıq və İran komandasının vəziyyətinin nə qədər mürəkkəb olduğunu bilirik. Amma çalışırıq və edəcəyik ki, onlar dünya çempionatının oyunlarını ən yaxşı şəraitdə keçirsinlər. B, C və ya D planları yoxdur, yalnız A planı var.

Biz mürəkkəb geosiyasi kontekstdə yaşayırıq və bunu həll edə bilmərik, lakin insanları birləşdirə, sülh və bayram ab-havasında dünyanın birləşməsi üçün imkanlar yarada bilərik".

FIFA rəhbəri əlavə edib ki, İran yığması 2026-cı il dünya çempionatına erkən və idman prinsipi əsasında vəsiqə qazanıb və buna görə beynəlxalq futbol qurumu bu nailiyyətə hörmətlə yanaşmağa çalışır.

Seçilən
14
publika.az

1Mənbələr