AZ

Alimləri narahat edən kosmik fenomen: Nəhəng meteoritlər çoxalır

ABŞ Meteor Cəmiyyəti (AMS) tərəfindən diqqətçəkən qeyri-adi hal qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
 
2026-cı ilin ilk üç ayı ərzində səmanın müəyyən bir bölgəsində nəhəng meteorların sayı iki dəfə artıb. Sözügedən sahə Günəşin ön hissəsində yerləşir və həmin zonada kosmik cisimlərin konsentrasiyası adi göstəriciləri üstələyib.
 
Tədqiqatın müəllifi Mayk Hanki bildirib ki, müşahidə olunan bu fəallıq daha dərindən araşdırılmalıdır. Xüsusilə mart ayında baş verən bir neçə hadisə alimləri təəccübləndirib: martın 8-də Avropa ərazisinə iri meteoritin düşməsindən sonra, 11-24 mart tarixləri arasında "görünməmiş" kosmik klasterlər silsiləsi müşahidə olunub.
 
Qurumdan bildirilib ki, tədqiqatçıları narahat edən əsas məqam meteorların yalnız say baxımından artması deyil, həm də irimiqyaslı və güclü hadisələrin çoxalmasıdır. Belə ki, hər beş nəhəng "odlu kürə"dən təxminən dördü güclü səs partlayışları ilə müşahidə olunub. Bu isə onların atmosferin dərin qatlarına nüfuz etdiyini göstərir.
 
Ekspertlərin sözlərinə görə, qeydə alınan artım mövsümi xarakter daşımır. Həmçinin bu hal meteor yağışları ilə və ya müşahidə cihazlarının, o cümlədən smartfonların sayının artması ilə əlaqəli deyil.
 
AMS-in məlumatına əsasən, həmin obyektlər Günəş sistemi daxilində yaranmış təbii mənşəli cisimlərdir və onların tərkibində hər hansı yadplanetli müdaxiləyə dair əlamət yoxdur. Bununla belə, mütəxəssislər bu fenomenin yaranma səbəbləri ilə bağlı suallara hələlik dəqiq cavab verə bilmədiklərini etiraf ediblər. Bu "paylanma quyruğu"nun mahiyyətini anlamaq üçün gələcəkdə daha geniş tədqiqatların aparılması zəruri hesab olunur. /oxu.az/
 
Seçilən
28
50
moderator.az

10Mənbələr