AZ

“Global Terrorism Index 2026” - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

“Global Terrorism Index 2026” - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

“Global Terrorism Index 2026” (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara-1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Qeyd olunur ki, sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin Hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç pillə də yüksələrək “0.123” indekslə 93-cü yerdə qərarlaşmış, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən açıqlanan bu hesabatlar Birləşmiş Millətlər Təşkilatı, OECD, Dünya Bankı və digər beynəlxalq qurumlar üçün istinad mənbəyidir. Hesabatlar həmçinin xarici investisiya yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu dövlət siyasəti və təhlükəsizlik orqanlarının effektiv işi sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik və sabitlik məsələləri gündəliyin bir nömrəli məsələsi kimi qalmalıdır, çünki bu olmadan bütün başqa səylər mənasızdır.

Qafqazinfo

Seçilən
32
45
afn.az

10Mənbələr