AZ

Ağstafanın bir neçə kəndində qaz kəsiləcək

Bakı.Trend:

Şəmkir Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Ağstafa xidmətsahəsi üzrə aparılacaq təmir işləri ilə əlaqədar bir sıra yaşayışməntəqələrində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumatverilib.

Bildirilib ki, Ağstafa rayonu Köçəsgər AQPS-dən qidalananərazilərdə xidmət sahəsi tərəfindən aşkar edilmiş qaz sızmalarınınaradan qaldırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi,həmçinin daşıyıcı qaz xətti üzərində yerləşən siyirtmələrdəyaranmış sızmaların ləğvi məqsədilə qaz verilişinin müvəqqətidayandırılması zərurəti yaranıb.

Bununla əlaqədar olaraq, 31 mart 2026-cı il tarixdə saat11:00-dan etibarən işlər başa çatanadək Köçəsgər AQPS-dən qaz alanKöçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırılı,Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərində (ümumilikdə 5590abonent) qaz təchizatı dayandırılacaq.

Qurum abonentlərdən aparılan işlər başa çatanadək anlayışlayanaşmağı xahiş edir.

Seçilən
17
8
az.trend.az

8Mənbələr