AZ

Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,8 ABŞ dolları və ya 5,61 % artaraq 128,05 ABŞ dolları təşkil edib.

Bu barədə Publika.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 123,49 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,8 % artaraq 114,41 ABŞ dolları təşkil edib.

Seçilən
5
14
publika.az

10Mənbələr