AZ

Zelenski Netanyahu haqda elə bir etiraf etdi ki...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İsrailin Baş naziri Benyamin Netanyahu Moskvanın müttəfiqi olmasına baxmayaraq, həmişə Rusiya ilə Ukrayna arasında tarazlıq tapmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hətta Rusiyanın İrana kömək etdiyi açıq-aydın olsa belə, Netanyahu tarazlıq axtarır. O, baş nazirdir və qərarlar qəbul etməlidir.

İsrailin ehtiyac duyduğu şeylər bizdədir, Netanyahu bunu yaxşı bilir. Biz də Təl-Əvivə nəyə ehtiyacımızın olduğunu bir neçə dəfə demişik. Hava hücumundan müdafiə sistemlərimizdə ciddi çatışmazlıq var, amma İsrailin malik olmadığı imkanlarımız da mövcuddur və biz belə bir dialoqa hazırıq”, – deyə o bildirib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr