AZ

Neymardan qeyri-adi qərar

“Santos”un hücumçusu Neymar qeyri-adi qərar verib.

"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu yaya qədər səfər oyunlarında iştirak etməyəcək. Bu addımın səbəbi onun ötən il aldığı ağır zədənin təkrarlanmasından çəkinməsidi. Neymar fiziki yüklənməni azaltmaqla formasını qorumağa çalışır.

Hazırda onun Karlo Ançelottiyə özünü sübut etmək üçün 7 ev oyunu qalıb. Məhz bu matçlardakı çıxışı dünya çempionatına gedib-getməyəcəyini müəyyənləşdirəcək.

Qeyd edək ki, Ançelotti Braziliya yığmasının yekun heyətini mayın 18-də açıqlayacaq.

Seçilən
47
football-plus.az

1Mənbələr