Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "RBC-Ukrayna"nın istinad etdiyi rəsmi sənəddə prezident və ailə üzvlərinin ümumi gəlirinin 15 milyon 805 min 828 qrivna (təxminən 360 min dollar) olduğu bildirilib.
Bəyannamədə qeyd olunur ki, ailənin gəlirlərinin əsas hissəsi əməkhaqqı, bank depozitlərindən əldə olunan faizlər və şəxsi daşınmaz əmlakın icarəsindən formalaşıb. Təkcə 2025-ci il ərzində isə ümumi gəlir 7 milyon 440 min 907 qrivna (təxminən 169 min dollar) təşkil edib.
Sənədə əsasən, dövlət başçısının illik maaşı 336 min qrivna (təxminən 7 655 dollar) olub. Bu isə aylıq təxminən 28 min qrivna (638 dollar) deməkdir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü il üzrə təqdim olunan bəyannamədə prezident ailəsinin gəliri 15,2 milyon qrivnadan çox (təxminən 346 min dollar) göstərilmişdi.