İsmayıllı rayonunda ağır yol qəzası qəzası baş verib.
“Yeni Sabah”ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb.
Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı uşaq ölüb.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.
Qəzaya düşənlərin bir ailənin üzvləri olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)
Telegram kanalımız