AZ

“Azeri Light”ın qiyməti 128 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,81 ABŞ dolları və ya 3,07% artaraq 128,05 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 124,24 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
30
49
musavat.com

10Mənbələr