AZ

Transbalkan marşrutu üçün vahid kommersiya mexanizmi razılaşdırılıb

Bakı. TurkicWorld:

Qazaxıstanın nümayəndə heyəti Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) yüksək səviyyədə iştirak edəcək.

Bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Bakıda "Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda təşkil olunan təcrübə proqramının açılışı çərçivəsində TurkicWorld-un sualını cavablandırarkən bildirib.

Diplomat qeyd edib ki, Qazaxıstan may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında yüksək səviyyədə iştirak etməyi planlaşdırır.

Xatırladaq ki, WUF13 Bakıda 17–22 may 2026-cı il tarixlərində keçiriləcək. Forum BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Tədbir müxtəlif ölkələrdən hökumətlərin, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclər və akademik dairələrin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək

Seçilən
67
turkic.world

1Mənbələr