Bayram günlərində 13 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, qeyri-iş günlərində ümumilikdə 380 yanğına çıxış, 5 avtonəqliyyat qəzası, 3 partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Telegram kanalımız