Xaçmazda saxlanılan 2 nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, şübhəli bilinən əvvəllər məhkum olunmuş – 30 yaşlı Kənan Musayev və 49 yaşlı Arzu Əliyev saxlanılıblar. Onlardan 5 kiloqram marixuana, 1 kiloqram heroin və 309 qram tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız