AZ

Mart qırğınlarında məqsəd azərbaycanlıları xalq kimi məhv etmək idi



"XX əsrin əvvəllərində dünyada cərəyan edən proseslər, Rusiya imperiyasının dağılması fonunda Cənubi Qafqazda yaranmış siyasi boşluq erməni daşnaklarının məkirli planlarını yenidən işə saldı. Yaranmış qeyri-müəyyən siyasi durumdan istifadə edən ermənilər bolşeviklərin köməkliyi ilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırım həyata keçirməyə başladılar. 1918-ci ilin mart-aprel aylarını əhatə edən soyqırım zamanı on minlərlə azərbaycanlı məhz türk olduğu üçün amansızcasına qətlə yetirildi. Təəssüf ki, XX əsrin 90-cı illərində olduğu kimi mart soyqırımı da dünyanın gözü qarşısnda baş verir və heç kim erməni daşnaklarına soyqırımı dayandırmaq üçün dur demək istəmirdi. Bu cəzasızlıq isə azərbaycanlılara qarşı soyqırımın həm miqyasını, həm də əhatə dairəsini genişləndirirdi. Bu həm də "Böyük Ermənistan" ideyasının həyata keçirilməsinə xidmət edən bir addım idi".

Newscenter.az xəbər verir ki, bunları "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı 31 mart-Azərbaycanlıların Soyqırımı Günündən danışarkən səsləndirib. O bildirib ki, azərbaycanlılara qarşı etnik təmizləmə və qətliam siyasətinin təkcə Bakı deyil, eləcə də ətraf ərazilər, Şamaxı, Quba, Lənkərən, Zəngəzur, Qarabağ, hətta Cənubi Azərbaycanı da əhatə etməsi bu ssenarinin xüsusi olaraq hazırlandığını və məqsədin azərbaycanlıları bir xalq kimi məhc etməyə hesablandığını deməyə əsas verir:

"Təəssüflər olsun ki, zaman-zaman siyasi hakimiyyətdə olan qüvvələr imperiyanın mənfur siyasəti nəticəsində mart qırğınlarını xalqın yaddaşından silməyə, tarixi saxtalaşdırmağa çalışıblar. Lakin Azərbaycan XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etdikdən sonra tarixi həqiqətlərin üzə çıxarılmasına başlanıldı. Xüsusilə, Ulu Öndər Heydər Əliyev bu istiqamətdə sistemlı işlər gördü. Heydər Əliyevin sayəsində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, Onun 1998-ci ildə imzaladığı fərman əsasında 31 mart tarixi soyqırım qurbanlarının rəsmi anım günü kimi qeyd edildi".

Süleyman
Seçilən
30
newscenter.az

1Mənbələr