AZ

Tramp İrana qarşı müharibəni dayandırmağa hazırdır - KİV

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazı bağlı qalsa belə, İrana qarşı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) qəzeti yazıb. Nəşr qeyd edir ki, Tramp administrasiyası boğazın hərbi yolla açılmasının münaqişəni xeyli uzada və əvvəlcədən müəyyən edilmiş 4–6 həftəlik müddəti aşa biləcəyi qənaətinə gəlib.

Buna əsasən, Vaşinqton əsas hərbi hədəflərə fokuslanmağı qərara alıb. Bu hədəflər sırasında İran donanmasının zəiflədilməsi və raket potensialının azaldılması yer alır.

Qəzetin yazdığına görə, qeyd olunan məqsədlərə nail olunduqdan sonra Ağ Ev İrana qarşı hərbi əməliyyatları dayandırmağı planlaşdırır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr