AZ

Türkiyədə əməliyyat - Bələdiyyə sədri, həyat yoldaşı, qızı və gəlini saxlanıldı

Türkiyədə Bursa Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Bursa Böyükşəhər Bələdiyyəsinə qarşı əməliyyat həyata keçirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Böyükşəhər Bələdiyyə sədriMustafa Bozbey və daha 58 nəfər barəsində həbs qərarı verilib.

Məlumata görə, Mustafa Bozbey də daxil olmaqla onlardan 55-i saxlanılıb, 4-ü isə axtarışdadır.

Saxlanılanlar arasında Bozbeyin həyat yoldaşı, qızı və gəlininin də olduğu qeyd olunub.

Seçilən
40
14
publika.az

10Mənbələr