AZ

"ABŞ qüvvələrini bölgədən çıxarmağın vaxtıdır" - Əraqçi

"Amerika qüvvələrini bölgədən çıxarmağın vaxtı çatıb".

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi X sosial şəbəkəsində yazıb. 

Nazirin sözlərinə görə, İran Səudiyyə Ərəbistanına hörmət edir və onu qardaş ölkə hesab edir: "Hücumlarımız nə ərəblərə, nə də iranlılara dəyər verən, regionun təhlükəsizliyini təmin etməkdə aciz olan təcavüzkar bir düşmənə qarşıdır. Sadəcə onların hava komandanlıq sisteminə nə etdiyimizə baxın. ABŞ qüvvələrinin bölgədən çıxarılmasının vaxtıdır".

Qeyd edək ki, İran müharibənin əvvəlindən bura bölgədəki ABŞ hərbi bazalarını vurur. 

Ağarza Elçinoğlu

Seçilən
58
25
unikal.az

10Mənbələr