Xaçmazda saxlanılan iki nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bizim.Media xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş – 30 yaşlı Kənan Musayev və 49 yaşlı Arzu Əliyev saxlanılıblar.
Onlardan 5 kiloqram marixuana, 1 kiloqram heroin və 309 qram tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.


Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta