AZ

Xankəndi nin forvardı 14:0 ı şərh etdi: Bu nəticə heç də təəccüblü deyil

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İkinci Liqanın XX turunun son matçında “Kür-Araz”ı qəbul edən “Xankəndi” rəqibini darmadağına məruz qoyub. Qarabağ təmsilşisi İmişli komandasını 14 cavabsız qolla yenib. Liderin təcrübəli futbolçusu Bəhruz Teymurov qarşılaşmanı dəyərləndirib.

Görüşdə het-trik müəllifi olan və bombardir yarışında liderliyi ələ alan hücumçu Fanat.Az-a belə danışıb:

"Çempionluq yolunda növbəti önəmli qələbəmizi qazandıq – hesab 14:0 oldu. Bu nəticə heç də təəccüblü deyil. Çünki son "altılıq" mərhələsində həm topladığımız xallar, həm də top fərqi bizim üçün çox vacib rol oynayacaq. Məhz buna görə hər oyuna son oyun kimi yanaşırıq və maksimum nəticə qazanmağa çalışırıq.

Son üç oyunda rəqib qapılarından 24 qol keçirmişik və öz qapımızı toxunulmaz saxlamışıq. Bu da komandamızın həm hücumda, həm də müdafiədə nə qədər balanslı və güclü olduğunu göstərir.

Bombardirliyə gəlincə, bəli, hazırda 20 turdan sonra 21 qolla çempionatın ən məhsuldar oyunçusuyam. Amma açığı, bu, mənim əsas məqsədim deyil. Əsas hədəfimiz çempionluqdur. Biz ötən mövsümdən – Region Liqasından başlayaraq, planlarımızı qurmuşuq. Növbəti mövsüm üçün məqsədimiz Birinci Liqaya yüksəlmək, gələcəkdə isə Premyer Liqada çıxış etməkdir. Həm məşqçilərimiz, həm də komanda yoldaşlarımla bu yolda uğurla davam edəcəyik".

"Xankəndi" 20 turda 57 xal toplayaraq zirvədə qərarlaşıb və ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı 3 xal qabaqlayır. Zaur Hacıyevin baş məşqçisi olduğu komanda növbəti turda - 7 apreldə "Şirvan"In qonağı olacaq.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
fanat.az

2Mənbələr