AZ

FIFA prezidenti İranın DÇ 2026 dakı taleyinə aydınlıq gətirdi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

FIFA prezidenti Canni İnfantino İran milli komandasının 2026-cı ildə keçiriləcək dünya çempionatındakı iştirakı məsələsinə aydınlıq gətirib.

Oxu.Az "El Financiero" nəşrinə istinadən məlumat verir ki, ali futbol qurumu mövcud vəziyyətin mürəkkəbliyini dərk etsə də, əsas planda heç bir dəyişiklik etmək niyyətində deyil.

"İran yığmasının üzləşdiyi çətin şərtləri mükəmməl anlayır və reallığa obyektiv yanaşırıq. Bütün bunlara rəğmən, komandanın mundialdakı çıxışının maksimum dərəcədə rahat keçməsini təmin etmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Gündəliyimizdə heç bir ehtiyat variant - nə B, nə C, nə də D planı var. Biz yalnız A planı üzrə hərəkət edirik", - deyə Canni İnfantino vurğulayıb.

Mürəkkəb geosiyasi proseslərə müdaxilə etmək imkanında olmadıqlarını qeyd edən FIFA rəhbəri futbolun unikal birləşdirici gücünə diqqət çəkib:

"Bizim əsas missiyamız insanları bir araya gətirmək, eləcə də sülh və əsl bayram əhvali-ruhiyyəsi yaratmaqdır".

O, həmçinin xüsusi olaraq qeyd edib ki, İran seçməsi dünya çempionatına tamamilə idman prinsiplərinə riayət etməklə və vaxtından əvvəl vəsiqə əldə edib. Ali qurum bu layiqli nəticəyə böyük hörmətlə yanaşacaq.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Futbol Federasiyası daha öncə qrup matçlarının əvvəlcədən nəzərdə tutulduğu kimi, ABŞ-də deyil, Meksikada keçirmək istədiyini açıqlayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
cebheinfo.az

3Mənbələr