AZ

İraqın baş naziri: Ölkəmiz hüquqi əsası olmayan böhranda iştirak etmək istəmir

İraqın baş naziri: Ölkəmiz hüquqi əsası olmayan böhranda iştirak etmək istəmir

İraqın Baş naziri Məhəmməd əs-Sudani ölkəsinin heç bir hüquqi əsası olmayan Yaxın Şərq münaqişəsində iştirak etmək niyyətində olmadığını bəyan edib.

AFN.az xəbər verir ki, İspaniyanın "El Pais" qəzetinə müsahibə verən hökumət başçısı bildirib ki, silahlı qüvvələr mənbəyi məlum olmayan hücumlardan müdafiə olunmalıdır: "Şəhidlərimiz və yaralılarımız olduğu halda biz fəaliyyətsiz qala bilmərik. Əl-Həbbaniyə hərbi bazasında klinika hücuma məruz qalıb, nəticədə insanlar həlak olub. Musulda baş verən hücumda isə briqadir və polis əməkdaşı dünyasını dəyişib. Biz bu hücumları rədd edirik və özümüzü müdafiə etmək hüququmuz var".

Baş nazirin sözlərinə görə, İraq heç bir hüquqi əsası olmayan və suveren dövlətə qarşı təcavüz xarakteri daşıyan bu müharibəyə cəlb olunmaq istəmir: "Biz artıq 14-dən çox ölkənin iştirak etdiyi beynəlxalq müharibə meydanına çevrilmiş son dərəcə həssas bir regionda yerləşirik".

Seçilən
39
afn.az

1Mənbələr