Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti Canni İnfantino bildirib ki, İran millisi 2026-cı il dünya çempionatının qrup mərhələsi oyunlarını planlaşdırılmış təqvimə uyğun olaraq ABŞ-da keçirəcək. Oxuməni.az xəbər verir ki, onun sözlərini “El Financiero” nəşri sitat gətirir.
"Biz işləyirik və onların dünya çempionatında ən yaxşı şəraitdə oynaması üçün hər şeyi edəcəyik. Heç bir B, C və ya D planı yoxdur, yalnız A planı var", - İnfantino bildirib.
Futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Bir sıra KİV-lər İranın ABŞ və İsraillə münaqişə səbəbindən dünya çempionatında iştirakdan imtina etməsindən sonra Rusiya millisinin dünya çempionatına "wild card" ala biləcəyini güman edirdi. Lakin daha sonra İran millisi FİFA ilə oyunlarının ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı danışıqlara başladı.
Almaz Həsənli