AZ

Bu nazirlik işçi axtarır - ŞƏRTLƏR

Ədliyyə Nazirliyi xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə elan edib.

Bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib.

Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək xüsusi icra məmuru vəzifələri üzrə namizədlərin sənəd qəbulu aprelin 1-dən mayın 1-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə “Xüsusi icra məmurları haqqında” qanunun tələblərinə cavab verən, ali təhsilli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müraciəti elektron qaydada nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsi vasitəsilə, həmçinin kağız formada təqdim edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən inzibati binasında qəbul olunur.

Seçim prosesi test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçiriləcək.

İmtahanın vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcək. Test mərhələsindən uğurla keçən şəxslər müsahibədə iştirak etmək üçün əlavə sənədlər təqdim etməlidirlər.


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr