AZ

Bələdiyyə sədri saxlanıldı: xanımı və qızı isə...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Bursa şəhərinin meri və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Mustafa Bozbey həbs edilib.

Globalinfo.az xəbər verir ki, proses Bursa Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində baş tutub.

Bozbey və digər 58 şübhəlinin həbs olunması qərarı verilib, onlardan 55-i artıq saxlanılıb.

Məlumata görə, həbs olunanlar arasında Bozbeyin həyat yoldaşı, qızı, qardaşları və bir sıra iş adamları var.

Axtarışlar merin evində və bələdiyyə binasında aparılıb.

Prokurorluğun açıqlamasında qeyd olunur ki, şübhəlilər “cinayətkar təşkilat yaratmaq və ona qoşulmaq”, eləcə də “cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırmaq” (çirkli pulların yuyulması) maddələri ilə ittiham olunurlar.

Xüsusi əməliyyatlar Bursada, eləcə də İstanbul, Balıkesir və Diyarbəkirdə keçirilib.

Bildirilir ki, 4 nəfər ölkə xaricindədir, onlar üçün də axtarış elan edilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
globalinfo.az

1Mənbələr