İsrail Knessetində terrorçular üçün ölüm cəzası qanunu qəbul edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail parlamenti (Knesset) terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Səsvermə zamanı 62 deputat qanunun lehinə, 48 deputat əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb.
Qanun layihəsi İsrailin Baş naziri Binyamin Netanyahunun dəstəyi ilə “Otsma Yehudit” partiyası və Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən irəli sürülüb.
Səsvermədən əvvəl İtamar Ben-Qvir və qanun layihəsinin digər tərəfdarları maraqlı addım atıblar.
Onlar öz pencəklərinin yaxasına dar ağacı şəklində nişanlar taxaraq səsverməyə qatılıblar.

Xuraman Etibarlı
İnterpress.az