AZ

DYP piyadalar üçün maarifləndirmə tədbiri keçirdi VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtda piyadaların təhlükəsizliyinin artırılması məqsədilə növbəti maarifləndirmə tədbiri keçirilib. Tədbir Bakı şəhərinin Sabunçu rayonunda ərazi polis orqanının əməkdaşları və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə təşkil olunub.

Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən tədbirin əsas məqsədi yol hərəkətinin ən həssas iştirakçıları olan piyadaların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması olub. Əməkdaşlar piyadalara yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, eləcə də qəfil hərəkət hissəsinə çıxmağın ciddi təhlükə yaratdığını izah ediblər.

Görüş zamanı vətəndaşlara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha xatırladılıb, onlara təhlükəsiz davranışla bağlı zəruri tövsiyələr verilib. Bildirilib ki, piyadavurma hadisələrinin azalması birbaşa olaraq piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşmasından asılıdır.

Qeyd edək ki, bu cür maarifləndirmə tədbirləri ölkə ərazisində mütəmadi olaraq davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
avtosfer.az

1Mənbələr